Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Aleksey Baqanın başçılıq etdiyi komanda “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib.
Görüşdə meydan sahibləri rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Oyunda “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.
Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyuladək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.