1 fevral 2026. Bazar günü

Klublarımızın avrokuboklarda ilk oyunu - təqvim


Klublarımızın avrokuboklarda ilk oyunu - təqvim

Avrokubokların 2019/2020 mövsümünün təqvimi açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Bununla da klublarımız ilk rəqibini tanıyacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-u, cavab matçları 16-17-də keçiriləcək.

Avropa Liqasında iştirak edəcək "Neftçi" və "Səbail" də yarışa ilk təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin oyunları isə iyulun 11-18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi ("Qəbələ" və ya "Sumqayıt") mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO