"Parma" klubunun qapıçısı Canluici Buffon karyerasını bitirmək barədə düşünmür. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya millisinin sabiq qapıçısı hələ uzun müddət oynamaq istədiyini açıqlayıb.
44 yaşlı qolkiper karyerasını bitirdikdən sonra futbol sahəsindən uzaqlaşacağını da vurğulayıb:
“Karyeramı 55 yaşında bitirəcəm? Təxminən bəli. Uzun illər karyeramı bitirdikdən sonrakı həyatı düşündüm. Futbol sahəsində qalacağıma yüz faiz əmin deyiləm. Futbolu artıq bildiyim üçün, bəlkə də, başqa bir şey sınadım. Yeni şeylər öyrənməkdə maraqlıyam”.
Buffon 2001-2021-ci illərdə “Yuventus”da çıxış etdikdən sonra ötən il keçmiş klubu “Parma”ya qayıdıb.