22 mart 2026. Bazar günü

Bunu yalnız mən edə bilərdim - Mourinyo


Bunu yalnız mən edə bilərdim - Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyonun qoluna tatu vurub sosial şəbəkədə paylaşdığı şəkil böyük maraqla qarşılanıb. Corner.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının tatusunda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının kubokları təsvir edilib. Hər üç titulu qazanan yeganə 59 yaşlı mütəxəssis həmin tatuya belə münasibət bildirib:
 
“Bu, mənim tatumdur. Romalıların sevinci (Konfrans Liqasını qazandıqdan sonra) məni bunu etməyə sövq etdi. Sonra xüsusi bir şey olması haqda düşündüm, Avropa yarışlarında qalib gəldiyim bütün klublar üçün şərəf olacağına qərar verdim.
 
Eyni zamanda, hələlik yalnız mənim edə biləcəyim unikal döymə istəyirdim… Mənə bəzi təkliflər göstərildi, sadəcə bəzi detalları dəyişdim. Budur mənim döyməm”.
 
Mourinyo “Portu” və “İnter”lə Çempionlar Liqasının, “Portu”, “Mançester Yunayted”lə Avropa Liqasının, “Roma” ilə Konfrans Liqasının qalibi olub.
 






Xəbər news