22 mart 2026. Bazar günü

Sterlinq sabiq klubunun formasını imzalamaqdan imtina etdi - VİDEO


Sterlinq sabiq klubunun formasını imzalamaqdan imtina etdi - VİDEO

İngiltərənin "Çelsi" klubunun yeni hücumçusu Rahim Sterlinq sabiq klubu "Mançester Siti"nin formasına avtoqraf verməkdən imtina edib.

Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu azarkeşlərə avtoqraf verərkən fanatlardan biri ona "Mançester Siti"nin formasına imza atmasını istəyib

İngilis futbolçu isə incik ayrıldığı sabiq klubunun formasına imza atmaqdan imtina edib.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Rahim Sterlinq 2015 - 2022-ci illərdə "Mançester Siti"də oynayıb. O, son İngiltərə çempionu olmuş klubda 337 matç (131 qol, 94 məhsuldar ötürmə) keçirib və 12 titul qazanıb. İyulun 13-də onun "Çelsi"yə 56,2 milyon avroya transfer olduğu və 5 illik müqavilə bağladığı müəyyənləşib.







Xəbər news