“Çelsi”nin keçmiş sahibi, rusiyalı iş adamı Roman Abramoviç Avropa Məhkəməsinə müraciət edib. Corner.az xəbər verir ki, 55 yaşlı funksioner Avropa İttifaqının ona qarşı tətbiq edilən sanksiyalarından narazı olduğu üçün bu addımı atıb. İş adamı Portuqaliya vətəndaşlığına malik olduğu üçün tətbiq edilən sanksiyalar onun Aİ tərəfindən təmin edilən əsas hüquqlarını pozduğunu düşünür.
Abramoviç Avropa İttifaqından ona dəyən zərərə əvəz olaraq bir milyon dollar tələb edir. O, bu məbləğin “Çelsi” klubunun satışından əldə olunan vəsaiti almaq üçün yaratdığı xeyriyyə fonduna köçürülməsini istəyir