2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” qardaş ölkədə ilk yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib.
Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 topla fərqləniblər. Yekunda matç 2:2 hesabıyla yekunlaşıb. “Sumqayıt”ın qollarını 58-ci dəqiqədə komandada yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.