26 noyabr 2024. Çərşənbə axşamı

UEFA açıqladı: Yenə Qarabağ!


UEFA açıqladı: Yenə Qarabağ!
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Corner.az xəbər verir ki, 12 oyunda  ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.
 
Ən çox fanat Bakıda, "Qarabağ"  - "Sürix"  qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.
 
İkinci pillədə 29 654 tamaşaçı ilə "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459.
 
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq. "Sürix"i üstələyəcəyi təqdirdə, "köhlən-atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Xatırladaq ki, "Qarabağ"ın Polşa "Lex"i ilə keçirdiyi hər iki qarşılaşma I təsnifat mərhələsində ən çox fanatın iştirak etdiyi görüşlər olub. Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib - 5:1.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir