13 may 2026. Çərşənbə

Emreli Dinamo'nun növbəti matçında çıxış edə bilər


Emreli Dinamo'nun növbəti matçında çıxış edə bilər

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldaraq sıraya dönüb.

Corner.az "Sportarena.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ölkə çempionatının II turunda səfərdə "Slaven Belupo" ilə görüşdə komandasına kömək edə biləcək.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı