26 noyabr 2024. Çərşənbə axşamı

Kəpəz'ə vaxt itirmək üçün gəlməmişəm


Kəpəz'ə vaxt itirmək üçün gəlməmişəm

"Öz gücümü bilirəm, hələ oynamağı bacaracağımı hiss edirəm. "Kəpəz"ə də vaxt itirmək üçün yox, onu gücləndirmək üçün gəlmişəm."

Corner.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Rauf Əliyev "Report"a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

– Paytaxt klublarından sonra bölgə komandasına keçid necə hissdir?

– Daha öncə də bölgə klublarında – "Xəzər Lənkəran" və "Qəbələ"də çıxış etmişəm. "Kəpəz" azarkeş kütləsinə malik olan köklü klubdur. "Kəpəz"ə keçidimdə də bu, məni cəlb etdi.

– Heyətdə sizdən başqa, Əfran İsmayılov, Elvin Yunuszadə, Tural Axundov kimi təcrübəli futbolçular var. Ancaq sizcə, bu yaşlı heyət komandanın ən azı Premyer Liqada qalmasına kömək edəcəkmi?

– Rəhbərlik istəyir ki, Gəncənin komandası yaxşı nəticələr göstərsin, azarkeşləri sevindirsin. Yaş amilinə gəlincə, bu, bütün dünyada belədir. Bu amil o qədər də rol oynamır. Hər bir komandada 32 - 35 yaşlı futbolçular olmalıdır. Biz də öz təcrübəmizlə komandaya yardımçı olmağa çalışacağıq.

– Sizcə, "Şamaxı"ya qarşı keçirdiyiniz ilk yoxlama oyununda necə təsir bağışladınız?

– Əvvəldən də baş məşqçi ilə danışmışdıq ki, yoxlama oyununda son dəqiqələrdə meydana çıxım. Bu komandaya ayın 8-dən qoşulmuşam. Hələ çemppionatın başlanmasına təxminən iki həftə var. Çalışacağam ki, onadək tam formaya düşüm.

– Artıq 33 yaşınız var. Demək olarmı ki, bu, Rauf Əliyevin çıxış edəcəyi son klubdur?

– Bu barədə heç fikirləşməmişəm. Öz gücümü bilirəm, hələ oynamağı bacaracağımı hiss edirəm. "Kəpəz"ə də vaxt itirmək üçün yox, onu gücləndirmək üçün gəlmişəm.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir