13 aprel 2026. Bazar ertəsi

La Liqa Mbappe üçün PSJ-ni məhkəməyə verdi


La Liqa Mbappe üçün PSJ-ni məhkəməyə verdi

Futbol üzrə İspaniya La Liqasının nümayəndələri fransalı hücumçu Kilian Mbappenin PSJ ilə bu ilin mayında imzaladığı yeni müqavilənin ləğvi üçün Paris inzibati məhkəməsinə müraciət edib.

Corner.az AFP-yə istinadən xəbər verir ki, vəsatət təcili xarakter daşımadığından təmin olunmayıb.

İspaniya tərəfinin hüquqlarını müdafiə edən vəkili Xuan Branko ilk cəhdlərində güclü müqavimətlə qarşılaşsa da, bunun, hələ başlanğıc olduğunu bildirib: "Bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət ünvanlayacağıq".

Qeyd edək ki, Kilian Mbappe ötən mövsümün sonunda İspaniya "Real Madrid"i ilə anlaşsa da, sonradan PSJ ilə müqavilənin müddətini daha 2 il uzadıb.







Xəbər news