2 fevral 2026. Bazar ertəsi

Haland Qvardiola'nı dəli adlandırdı


Haland Qvardiola'nı dəli adlandırdı

"Mançester Siti”nin hücumçusu Erlinq Haland “Bavariya” ilə yoxlama oyunundan sonra (1:0) baş məşqçi Pep Qvardiola haqda maraqlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli futbolçu, ispan çalışdırıcını dəli adlandırıb:

“Qvardiola bir az dəlidir və bu mənim xoşuma gəlir. Çox əyləncəli olacaq. Mən cəmi bir həftədir klubdayam, ona görə də hələ çox şey deyə bilmərəm. Ancaq yaxşı məşq etdim və məni gözləyən hər şeyə hazıram”.

“Bavariya”lə yoxlama matçındakı yeganə qolu Haland vurub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO