- Xəbər news
- 21:58 14.03.2026
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.
Corner.az-ın məlumatına görə, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.
Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.
Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.