- Xəbər news
- 22:11 05.12.2025
Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.
Corner.az-ın məlumatına görə, Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yerli "Qaqra" komandası ilə üz-üzə gəlib. Görüş "dənizçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı təmsilçisindən qolları 10-cu dəqiqədə Qoba Zakpa və 76-cı dəqiqədə Luvaqa Kizito vurublar.
Qeyd edək ki, "Səbail" Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tbilisi "Dinamo"suna 0:2 hesabı ilə uduzub.