6 dekabr 2025. Şənbə

Neftçi'nin baş məşqçisinin şikayəti təmin olundu


Neftçi'nin baş məşqçisinin şikayəti təmin olundu

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

Corner.az Rumıniya mətbuatına istinadən məlumatına görə, İlfov məhkəməsi 46 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.

Rumıniyalı baş məşqçi 2008 - 2021-ci illərdə Prodanla evli olub. Onların bir övladı var.

Qeyd edək ki, Laurentsiu Regekampf  "Neftçi" ilə 2 illik müqaviləyə imza atıb.







Xəbər news