6 dekabr 2025. Şənbə

Sabah ikinci yoxlama oyununda da uduzdu


Sabah ikinci yoxlama oyununda da uduzdu

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, Bakı klubu Kiprin Yüksək Liqasında çıxış edən "Atrikas Xlorakas"la üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisinin qollarına Davit Volkov və Anatoli Nuriyev imza atıb.

Qeyd edək ki, "Sabah" ilk yoxlama görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.







Xəbər news