13 may 2026. Çərşənbə

Dibala Ronaldoya məxsus rekordu qırdı


Dibala Ronaldoya məxsus rekordu qırdı

İtaliyanın "Roma" klubunun yeni transferi Paulo Dibala İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştiano Ronaldoya məxsus rekordu qırıb.

Corner.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, ilk gündə 29 yaşlı hücumçunun 530 min forması satılıb.

Daha əvvəl onun sabiq komanda yoldaşı Ronaldo 2018-ci ildə "Yuventus"a keçərkən rekord müəyyənləşdirib. Həmin vaxt portuqaliyalı oyunçunun 500 min forması satılmışdı.

Qeyd edək ki, Paulo Dibala "Roma"ya Turin təmsilçisindən azad agent kimi keçib. O, "canavarlar"la 3 illik müqavilə imzalayıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı