Mourinho Kloppu təriflədi
“Manchester Uniited”in sabiq baş məşqçisi Jose Mourinho Çempionlar Liqasının yarımfinalında ötən gecə keçirilən dramatik “Liverpool” – “Barcelona” oyunu ilə bağl fikirlərini bildirib.
Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Mundo Deportivo”ya açıqlamasında “Liverpool”un möhtəşəm geridönüşünün komandanın baş məşqçisi Jurgen Kloppun adına yazılmalı olduğunu deyib:
“Bu, Kloppun qələbəsidir. O, digər məşqçilərə bənzəmir, vacib oyunçularını itirdikə ağlamır, bəhanə gətirmir. Çünki çox oyunlar görüb. Bu zehniyyət məsələsidir”.
Qeyd edək ki, yarımfinalın ilk matçında səfərdə 0:3 hesabı ilə uduzan "Liverpool" cavab matçında 4 cavabsız qolla finala vəsiqə qazanıb.