UEFA son 10 mövsümdə avrokuboklarda mübarizə aparan klubların yeni reytinq cədvəlini açıqlayıb. Corner.az xəbər verir ki, reytinq son olaraq bu gün yenilənib. İlk pilləni “Real” (378.000 xal) tutur. “Bavariya” ikinci (320.000), “Barselona” isə üçüncüdür (286.000).
500 komandanın yer aldığı siyahıda Azərbaycanın 10 klubu yer alıb. Onların sırasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur – 84-cü yer (39.500 xal).
Azərbaycanın klublarının reytinqdə sıralaması:
84. Qarabağ
200. Neftçi
341. Qəbələ
368. Keşlə”
369. Sumqayıt
370. Səbail
371. Zirə
372. Kəpəz
373. Xəzər Lənkəran
374. Bakı