13 may 2026. Çərşənbə

FİFA prezidenti Qarabağ'ı təbrik etdi


FİFA prezidenti Qarabağ'ı təbrik etdi
FİFA prezidenti Canni İnfantino "Qarabağ"ı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Corner.az xəbər verir ki, o, İsveçrədə "Sürix"lə 2:2 hesabıyla başa çatan 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.
 
Xatırladaq ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin 3-cü raunddakı rəqibi Macarıstan "Ferentsvaroş"u olacaq.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı