26 noyabr 2024. Çərşənbə axşamı

AFFA 6 komandanı I Diviziona buraxmadı


AFFA 6 komandanı I Diviziona buraxmadı
"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" klubları Birinci Divizionda iştirak üçün AFFA-ya müraciət edib. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.
 
Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub. Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir