25 oktyabr 2024. Cümə

UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu


UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb. Corner.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin "Sürix" klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub.
 
Heç-heçə 4 klubla təmsil olunan ölkəmizin aktivinə daha 0.125 xal qazandırıb. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0.625-ə, son 5 mövsümdə isə 13.250-yə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə 14.750 xalla Polşa qərarlaşıb. Azərbaycanı 12.125 xala malik Qazaxıstan izləyir.
 
Azərbaycanın digər təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.






Xəbər news