- Xəbər news
- 22:34 14.11.2024
Fransanın PSJ klubunun futbolçusu Neymar korrupsiya işi üzrə məhkəmə qarşısına çıxmalı olacaq.
Corner.az "El Pais"ə istinadən xəbər verir ki, oktyabrın 17-də İspaniyada braziliyalı hücumçu və onun sabiq klubu "Barselona" ilə müqaviləsindəki korrupsiya ittihamı üzrə əlaqədar daha 5 nəfərə qarşı məhkəmə prosesi başlanacaq.
Neymarın valideynlərinə, o cümlədən "Barselona"nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb.
İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət iddia edir ki, Kataloniya təmsilçisi bu keçid zamanı fırıldaqlığa əl atıb və 150 milyon avrodan çox təzminat ödəməlidir.
Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına baxmayaraq, "Barselona" ilə iki saxta müqaviləyə imza atıb.
Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasının tərəfdarıdır.