“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, “Ferenstvaroş”un prezidenti azərbaycanlı Qabor Qubadovdur. Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır. Ailə ötən əsrdə Azərbaycandan Macarıstana köçüb.
Qabor Qubadov 1966-cı ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. O, 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib.
Qubadov millət vəkili seçildikdən sonra klubu almaq qərarına gəlib. Qabor Qubadov klubla bir çox titullar qazanıb və komandanın hazırda çıxış etdiyi arenanı da inşa etdirib.
Qubadovun Oliviya və Emma adlı övladları var.
“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk oyunu 3 avqustda evdə, cavab matçını isə avqustun 9-da Budapeştdə keçirəcək.