25 oktyabr 2024. Cümə

Sumqayıt İran çempionuna uduzdu


Sumqayıt İran çempionuna uduzdu

2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Aleksey Baqanın rəhbərlik etdiyi komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib. Görüş "kimyaçılar"ın minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Qeyd edək ki, "Sumqayıt" iyulun 29-da keçiriləcək bərpa məşqi ilə yeni mövsümə hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da Vətənə qayıdacaq.







Xəbər news