26 noyabr 2024. Çərşənbə axşamı

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrıldı


Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrıldı

Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb. 

Corner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib. 

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

***

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov məlumat verib.

O, bu məqsədlə PFL-də klub rəhbərləri ilə iclasın keçirildiyini və şəxsi səbəblərdən toplantıya qatıla bilmədiyini vurğulayıb. Nəcəfov iclasda əyalət təmsilçisinin baş meneceri Nail Kərimovun iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edib. (report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir