2 fevral 2026. Bazar ertəsi

Turan Tovuz'dan son yoxlama matçında qələbə


Turan Tovuz'dan son yoxlama matçında qələbə
"Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında iştirak edəcək Tovuz təmsilçisi Tiflisdə yüksək liqa təmsilçisi "Qaqra" ilə üz-üzə gəlib.
 
Ayxan Abbasovun çalışdırdığı kollektiv bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Tovuzluların qələbə qollarını Ayxan Hüseynov və Natan Oduva vurub.
 
Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran komanda iyulun 30-da vətənə dönəcək. 






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO