- Xəbər news
- 21:58 14.03.2026
"Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Presnenski məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorinin 1 il 6 ay, Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Hadisənin digər iştirakçıları olan Aleksandrın qardaşı Kirill Kokorin 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 5 ay müddətinə cəzalandırılıb.