UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə (İsveçrə) qarşı keçirilən oyununda sıradan çıxan matçı vaxtından əvvəl tərk edən “Qarabağ”ın futbolçusu Kevin Medinanın azı bir ay yaşıl meydanlardan uzaq qalacağını xəbər vermişdik.
Corner.az xəbər verir ki, kolumbiyalı futbolçuya "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dəstək nümayiş etdirib. O, “İnstagram” hesabında Medina haqda bunları yazıb:
“Qardaşım, biz səni tezliklə gözləyirik. Hər şey yaxşı olacaq”.