İspaniyanın “Barselona” və “Real” klubları ABŞ toplanışı çərçivəsində növbəti yoxlama oyunlarına çıxıblar. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi MLS klublarından “Nyu-York Red Bullz”la qarşılaşıb.
Oyun "Barça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniyalıların qələbə qollarını Osman Dembele və Memfis Depay fərqlənib.
"Real" isə Kaliforniyadakı "Rouz Boul" stadionunda "Yuventus"la qarşılaşıb. Bu görüşdə də İspaniya nəhəngi 2:0 hesabı ilə qələbə qazanıb. Kral klubunun qollarını 19-cu dəqiqədə penaltidən Kərim Benzema və 69-cu dəqiqədə Marko Asensio vurub.