22 mart 2026. Bazar günü

Renat Dadaşov Qrasshopper'də ilk qolunu vurdu


Renat Dadaşov Qrasshopper'də ilk qolunu vurdu
Futbol üzrə İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə lider “Yanq Boyz”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin hücumçusu meydana çıxandan cəmi 3 dəqiqə sonra – 49-cu dəqiqədə rəqib qapısına yol tapmaqla hesabı bərabərləşdirib. Dadaşov 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Qrasshoppers” hazırda 4 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb






Xəbər news