6 dekabr 2025. Şənbə

Sumqayıt'ı heç vaxt unutmaram - Höccət Haqverdi


Sumqayıt'ı heç vaxt unutmaram - Höccət Haqverdi
Bu yay “Sumqayıt”dan Təbrizin “Traktor” klubuna keçən Höccət Haqverdi açıqlama verib.Corner.az xəbər verir ki, “instaqram” səhifəsində paylaşım edən 29 yaşlı müdafiəçi “Sumqayıt”ı heç vaxt unutmayacağını yazıb:
 
“Təxminən iki ildən sonra “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada olmaqdan qürur duyuram. Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildırirəm. “Sumqayıt”ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görməyə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdir”.
 
Azərbaycan millisinin üzvü 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.






Xəbər news