26 noyabr 2024. Çərşənbə axşamı

Millimizin sabiq üzvü Azərbaycan pasportundan imtina edib


Millimizin sabiq üzvü Azərbaycan pasportundan imtina edib
Rusiyanın “Torpedo” klubunun hücumçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edib və ya etməməsi haqqında danışıb. Corner.az xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu Rusiya mətbuatına açıqlamasında hələlik sözügedən məsələ ilə bağlı qərar vermədiyini bildirib:
 
“Millidə oynamaq əladır, amma bütün qohumlarım Rusiyadadır. Vaxtilə Azərbaycanın gənclər yığmasında oynamışam. Amma orada yaxınlarım yoxdur. Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. AFFA-dan zəng gəldi. Dedilər ki, 1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl. Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi".
 
Xatırladaq ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. O, son illərdə “SKA-Xavarovsk”, “Kaspi”, “Ural”, KAMAZ, “Olimp”, “Ximki”, “SKA-Rostov”, “Spartak” (Vladiqafqaz) kimi klublarda forma geyinib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir