26 noyabr 2024. Çərşənbə axşamı

Bir neçə şirkətdən müraciət aldıq - AFFA-nın baş katibi


Bir neçə şirkətdən müraciət aldıq - AFFA-nın baş katibi
AFFA-nın baş katibi Sərxan Hacıyev “Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olmasına münasibət bildirib. Corner.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
“Bir müddət öncə Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə bağlı ictimaiyyətə AFFA və PFL-in birgə məlumatı açıqlanmışdı. Bundan sonra bir neçə şirkətdən müraciət aldıq. Lakin “Misli” şirkətinin məsələyə dərhal, operativ və daha fəal reaksiyası əməkdaşlığın məhz bu yöndə olmasını şərtləndirən amillərdən oldu. İlk növbədə, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından “Misli” şirkətinə “ölkə futboluna xoş gəlmisiniz” demək istəyərdim. Azərbaycan futboluna dəstək olduqlarına, futbolumuzun inkişafına öz töhfələrini verdiklərinə görə şirkətin rəhbərliyinə təşəkkür edirik. Əminəm ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir