31 yanvar 2026. Şənbə

"Qarabağ"ın rəqibinə 18 milyon avro təzminat


"Qarabağ"ın rəqibinə 18 milyon avro təzminat
İngiltərənin "Vulverhempton" klubu "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sporting"ə 18 milyon avro təzminat ödəyəcək.

Corner.az-ın Qol.az-a istinadən xəbərinə göə, bu barədə Lissabon təmsilçisinin saytı məlumat yayıb. Komandanın sabiq qapıçısı Ruy Patriciu yayda klubla müqaviləni təktərəfli ləğv edərək azad agent kimi Premyer Liqa təmsilçisinə keçib. "Sporting"in FİFA-ya şikayətindən sonra iki klub arasında 18 milyon avro təzminatla bağlı razılıq əldə olunub.

Qeyd edək ki, "Qarabağ" "Sporting"lə səfər görüşündə 0:2 hesabı ilə uduzub. Bu komandalar Bakıdakı cavab oyunu noyabrın 29-da keçiriləcək. 






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO