Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrə çempionatında 3-cü turun ən yaxşı oyunçusu seçilib. Corner.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Qrasshopper” klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Qrasshopper” Super Liqanın 3-cü turunda səfərdə lider “Yanq Boyz”la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə nail olub. Komandası məğlub durumda olarkən, 46-cı dəqiqədə meydana buraxılan azərbaycanlı hücumçu 49-cu dəqiqədə fərqlənməklə “Qrasshopper”ə 1 xal qazandırıb. Bu, onun İsveçrə Super Liqasında ilk qoludur.