26 noyabr 2024. Çərşənbə axşamı

Emreli'ni tezliklə meydanda görə bilərik


Emreli'ni tezliklə meydanda görə bilərik
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç əvvəlki zədəsini yeniləyən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumu barədə danışıb. Corner.az xəbər verir ki, 69 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Mahir Emrelinin müalicəsi davam edir. Onu tezliklə meydanda görə bilərik. Artıq müalicənin diaqnostika mərhələsi tamamlanıb. O, tam hazır olmasından ötrü maksimum səy göstərir”.
 
Xatırladaq ki, Mahir Emreli Xorvatiya çempionatının 3-cü turu çərçivəsində “Dinamo”nun “İstra 1961” ilə ev oyununda (4:1) son dəqiqələrdə meydana çıxıb, qol da vurub. Lakin matçdan sonra onun zədəsini təzələdiyi məlum olub.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir