26 noyabr 2024. Çərşənbə axşamı

CAS Nurlan İbrahimovla bağlı qərarı yenə təxirə saldı


CAS Nurlan İbrahimovla bağlı qərarı yenə təxirə saldı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Corner.az-ın məlumatına görə, bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı sentyabrın 11-dək uzatdığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir