24 oktyabr 2024. Cümə axşamı

FİFA VAR sistemi üçün AFFA-ya yarım milyon dollar ayırdı


FİFA VAR sistemi üçün AFFA-ya yarım milyon dollar ayırdı
FİFA-nın futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün ayırdığı vəsaitin məbləği bəlli olub. Corner.az xəbər verir ki, bu məqsədlə AFFA-ya FİFA Forward Layihəsindən ümumilikdə 497 173 ABŞ dolları ödəniş edilib.
 
Bu barədə ali futbol qurumun rəsmi saytı məlumat yayıb. Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. Bu, videotəkrar sistemindən eyni vaxtda dörd matçda istifadə etməyə imkan verəcək.
 
Azərbaycan futbolunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.






Xəbər news