27 aprel 2025. Bazar günü

"Sporting" baş məşqçisini istefaya göndərir


"Sporting" baş məşqçisini istefaya göndərir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" baş məşqçisi Jose Pezeyrunu istefaya göndərməyə qərar verib.

Corner.az-ın Qol.az-a  istinadən yaydığı xəbərə görə, komandanın Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi bu qərara gəlib.  Yaxın vaxtlarda bu istefanın rəsmən açıqlanacağı gözlənilir.

Yeni baş məşqçi vəzifəsinə əsas namizədlərin  Leonardo Jardim və  Paulu Souzu olduğu iddia olunub.

Qeyd edək ki, Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.








Xəbər news