24 oktyabr 2024. Cümə axşamı

Emreli'li Dinamo səfərdə xal itirdi


Emreli'li Dinamo səfərdə xal itirdi
Futbol üzrə Xorvatiya çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Varajdin”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. 25 yaşlı futbolçu, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.
 
Son Xorvatiya çempionu olan “Dinamo” 4 turdan sonra 10 xalla 1-ci pillədə qərarlaşıb.






Xəbər news