24 oktyabr 2024. Cümə axşamı

Dadaşovdan məhsuldar ötürmə


Dadaşovdan məhsuldar ötürmə
Futbol üzrə İsveçrə çempionatında 4-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Senkt Qallen”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda əzmkar qələbə qazanıb – 3:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Millimizin hücumçusu komandasının 45+2-ci dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsi verib.
 
“Qrasshopper” hazırda 7 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.






Xəbər news