2 fevral 2026. Bazar ertəsi

Azərbaycan Autizm Assosiasiyasının sədri Türkiyədə federasiya prezidenti seçildi


Azərbaycan Autizm Assosiasiyasının sədri Türkiyədə federasiya prezidenti seçildi
5-6 avqust tarixində Türkiyənin Antalya şəhərində  Türk Dövlətləri Autizm Federasiyasının növbəti toplantısı keçirilib.

Corner.az xəbər verir ki, toplantı zamanı Federasiyaya üzv ölkələrdə görülən işlər  və bu sahədə olan problemlər müzakirə olunub. Türk dövlətlərində autizmlə bağlı ümumi vəziyyətin, xüsusi təhsil, reabilitasiya, idman və digər fəaliyyətlərin araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bunun üçün Federasiyaya üzv türk dövlətlərində işçi qrupların yaradılması qərara gəlinib. 

Daha sonra Türk Dövlətləri Autizm Federasiyasının müvafiq vəzifələrinə seçimlər olub. Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli TDAF-ın növbəti beş il üçün prezidenti seçilib. Türkiyə üzrə təmsilçi Erdal Ateşə isə TDAF-ın vitse-prezidenti vəzifəsi həvalə olunub.

Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova TDAF-ın baş katibi, AAA-nın prezidenti Turxan Mahmudov isə TDAF-ın Azərbaycan üzrə nümayəndəsi seçilib. Toplantının yekununda digər türk dövlətləri üzrə təmsilçilər təsdiqlənib.








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO