5 dekabr 2025. Cümə

David Beckhamın sürücülük vəsiqəsi əlindən alındı


David Beckhamın sürücülük vəsiqəsi əlindən alındı

Londonun Bromley Magistrates Court məhkəməsində dünya şöhrətli futbolçu David Beckhamın işinə baxılıb.

Məlumata görə, Beckhamın avtomobil idarə edərkən telefonla oynaması məşhura baha başa gəlib. 

Hakim onun sürücülük vəsiqəsini altı ay müddətinə əlindən alıb. Üstəlik, ona 750 funt-sterlinq (təxminən 1700 manat - red.) dəyərində pul cəzası kəsib. 

İngiltərə qanunvericiliyinə əsasən, sükan arxasında telefondan istifadə etmək qəti qadağandır.

Qeyd edək ki, ötən il Beckham nəinki telefonla oynayıb, eləcə də, bir neçə dəfə sürət həddini aşıb. Sürət həddi saatda 60 km olduğu halda Beckham 90 km sürətlə hərəkət edib. Lakin bütün bunlara rəğmən, futbolçunun vəkili Friman onu bu cəzadan azad edə bilmişdi. (oxu)







Xəbər news