UEFA-nın finallarına ev sahibliyi etmək üçün 9 ölkədən müraciət gəldi.
Corner.az-ın xəbərinə görə, UEFA'dan edilən açıqlamada, 2021-ci ilin Çempionlar Liqası, UEFA Avropa Liqası və Super Kubok finalları üçün 9 stat yarışacaq.
Çempionlar Liqası üçün Alman qrupu Bayern Münihin stadionu Allianz Arena ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki Saint Petersburg stadionu namizəd göstərilərkən, UEFA Avropa Liqası finalı üçün də Avstriyanın paytaxtı Vyanada Ernst Happel stadionu, Gürcüstanın paytaxtı Tiflisdəki Dinamo Arena və adı daha sonra açıqlanacaq İspaniyanın Sevilya şəhərindəki bir stadion namizəd siyahısında iştirak edir.
UEFA Super Kubok finalı üçün Belarusiyanın paytaxtı Minskdəki Dinamo stadionu, Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionu, Şimali İrlandiyanın paytaxtı Belfastdakı Windsor Park ilə Ukraynanın Xarkov şəhərindəki Metalist stadionu yarışacaq.
Finala ev sahibliyi edəcək stadionlar, UEFA'nın gələcək il may ya da iyun ayındakı konfransında açıqlanacaq.