14 dekabr 2025. Bazar günü

Konfrans Liqası: Volfsberger və Viborq pley-offda


Konfrans Liqası: Volfsberger və Viborq pley-offda

 Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb. Corner.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Maltanın "Qzira Yunayted" klubu doğma meydanda Avstriyanın “Volfsberger”ini, Farer adaları "B36 Torshavn" klubu isə Danimarka “Viborq”unu qəbul edib. Hər iki matçda qələbə qazanan qonaqlar növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Mərhələnin digər qarşılaşmaları avqustun 10-11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3







Xəbər news