6 dekabr 2025. Şənbə

Renat Dadaşov Qrasshopper'də növbəti qolunu vurdu


Renat Dadaşov Qrasshopper'də növbəti qolunu vurdu
Futbol üzrə İsveçrə çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Lutsern”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. 23 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qoluna da 38-ci dəqiqədə millimizin hücumçusu imza atıb.
 
“Qrasshopper” hazırda 8 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 






Xəbər news