6 dekabr 2025. Şənbə

Qarabağ dünyada bənzəri olmayan hekayəyə sahibdir


Qarabağ dünyada bənzəri olmayan hekayəyə sahibdir
“Qarabağ”ın prezidenti Tahir Gözəl Türkiyədə “beIN Sports” kanalında yayımlanan “Muhabir Masası” verilişinin qonağı olub. Corner.az xəbər verir ki, klub rəhbəri “Qarabağ”ın uğurlu çıxışının sirrini açıqlayıb:
 
“Qarabağ” dünyada bənzəri olmayan hekayəyə sahibdir. Baş məşqçimizin dürüstlüyü, oyun bacarığı və liderliyi ilə komandamızı bu nöqtəyə gətirdik”.
 
“Qarabağ”  Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda bu mərhələdə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.






Xəbər news