6 dekabr 2025. Şənbə

UEFA Azərbaycanın 3 klubuna vəsait köçürdü


UEFA Azərbaycanın 3 klubuna vəsait köçürdü

Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubuna 100 000 avro, "qırmızı-qaralar"a və "qartallar"a isə ayrılıqda 450 000 avro ödənilib.

Qeyd edək ki, "Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb.







Xəbər news