24 oktyabr 2024. Cümə axşamı

Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bilindi


Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bilindi

UEFA ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 mütəxəssis yer verilib. Bunlar İspaniya "Real Madrid"ini çalışdıran Karlo Ançelotti, İngiltərə "Mançester Siti"sinə rəhbərlik edən Xosep Qvardiola və "Liverpul"un sükanı arxasında olan Yurgen Kloppdur.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.







Xəbər news